International Department of BAKU STATE UNIVERSITY
28-11-2018
 

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif olundular

BDU-nun  Şərqşünaslıq fakültəsinin tələbələri Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif olundular

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə ikinci kurs tələbələri  Bakı Dövlət Universiteti və Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkiltçılığı ilə keçirilən “Misiri tanıyaq” layihəsində iştirak etdilər. Layihənin təqdimatı 16 noyabr tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirildi. Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Əhməd Sami Elaydi açaraq iştirakçıları salamladı, ərəb dilinin əhəmiyyətindən, bu cür tədbirlərin tələbələrin həvəsləndirilməsində xüsusi rolundan danışdı, layihədə iştirak edən tələbələrə uğurlar arzuladı. Daha sonra BDU Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müəllimi, layihənin rəhbəri f.ü.f.d. Könül Eyvazova  BDU Şərqşünslıq fakültəsinin rəhbərliyi adından Mərkəzə təşəkkür etdi, ərəb dilinin öyrənilməsinin əhəmiyyəti, Universitetdə ərəb dilinin tədrisi və bu sahədə ilk layihə olan “Misiri taniyaq” layihəsi haqqında tədbir iştirakçılarına məlumat verdi, bu cür tədbirlərin tələbələrdə ərəb dilinin mənimsənilməsinə, ərəb dünyasının öyrənilməsinə maraqlarının artmasına, təcrübə və danışıq vərdişlərinin yüksəldilməsinə təkan verəcəyini qeyd etdi. BDU ərəb filologiyassının müəllimi Mais Ağaverdiyev də tədbir iştirakşılarını salamladı, tələbələrə uğurlar arzuladı. Sonra layihənini təqdimatı başladı.

Qeyd edək ki, II kurs tələbələri hər biri iki nəfərdən ibarət olmaqla  4 qrupdan ibarət idilər.

I qrup:Pərvazlı Heydər, Sayılov İmran - Misirin tarixi;

II qrup: Fərzəliyeva Jalə, Zamanova Lalə - Misirin coğrafiyası;

III qrup: Bağırova Arzu, Heydərli Aydan - Misirin paytaxtı Qahirə şəhəri;

IV qrup: Həbibova Elvina, Qədirova Fidan - Misirin mədəniyyəti haqqında təqdimatlar hazırladılar. Tələbələr mövzularla bağlı ərəb dilidə yüksək səviyyədə hazırlıq nümayiş etdirərək bir-birindən maraqlı təqdimatlar keçirdilər.Təqdimatlar Misir Mədəniyyət Mərkəzi və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Təqdimatdan sonra çıxış edən Mərkəzin rəhbəri Əhməd Sami Elaydi tələbələrin çox maraqlı və yaradıcı çıxışlar etdiklərini vurğuladı və belə tədbirlərin davamlı olmağını arzuladı. Layihədə iştirak edən bütün tələbələrin çıxışları yüksək qiymətləndirilərək tələbələr Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin Medalı ilə təltif olundular.Görüşün sonunda tələbələrə sertifikatlar, medallar təqdim olundu, xatirə şəkilləri çəkildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Other news

15-05-2018
Seminar on “Autism Spectrum Abuses” was held at Baku State University.

15-10-2018
Rusiya-Azərbaycan Başqırdıstan Respublikasının Elmlər Akademiyasının Elmi xəbərlər jurnalı elmi məqalələrinizi nəşr etməyə dəvət edir!

19-10-2018
Community and Technological (CommTECH) Camp Insight 2019

19-10-2018
2019 Indonesian Arts and Culture Scholarship

24-10-2018
Almaniya Bundestaqında Beynəlxalq Parlament Təqaüdü

16-10-2018
To the attention of students...

17-10-2018
CALL FOR STUDENT CREDIT MOBILITY (SMS-IN) TO THE UNIVERSITY OF CADIZ (SPAIN) IN THE FRAME OF THE EUROPEAN PROGRAMME ERASMUS+ KA107

24-10-2018
INTERN ANNOUNCEMENT EMBASSY OF THE UNITED STATES OF AMERICA BAKU

24-09-2018
New call for student/staff mobility for the Spring semester of 2018-2019 academic year under Erasmus+ KA107 ICM to the Yildiz Technical University is open!

05-12-2018
Short Term Study in Berlin: TU Berlin Summer & Winter University 2019

06-12-2018
Russian Language Summer School at BARANOVICHI STATE UNIVERSITY

Baku State University Ⓒ 2018
Powered by CIT