International Department of BAKU STATE UNIVERSITY
28-04-2017
 

Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA universitetinin Magistr Tələbə hökümətinin texniki dəstəyi ilə “Əcnəbi tələbələrin fikir platforması” adlı Azərbaycanda ilk dəfə əcnəbi tələbələr arasında TEDx formatlı yarışma təşkil olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi əcnəbi tələbələrə müşahidə etdikləri, yaşadıqları, ümumiyyətlə bölüşmək istədikləri hər hansı mövzunun heç kəsə bəlli olmayan, ən maraqlı məqamlarını münsiflər heyəti və auditoriya qarşısında paylaşmaqdır.

 

Aprelin 25-də ADA Universitetində yarışmanın final mərhələsi baş tutub. 

 

Xatırladaq ki, layihənin yarımfinal mərhələsi aprel ayının 13-də keçirilib. Yarımfinal mərhələsində 15 ölkədən 10 universitetin 30-a yaxın iştirakçısı yarışıb. Bu ölkələr arasında Peru, İraq, Kamerun, Myanmar, Türkiyə Rusiya,Ukrayna, Polşa, Nigeriya, Yəmən, Suriya vəMozambikdən olan tələbələr iştirak edib.  Auditoriyanın marağına, təəccübünə səbəb olan çıxışlar münsiflər heyəti tərəfindən 5-ballıq sistemlə qiymətləndirilmişdi. 

 

Beləliklə, münsiflər heyətinin yekdil qərarına əsasən iştirakçılardan yanlız 9 nəfəri finala vəsiqəqazanmışdı.

 

Yarışın son final mərhələsində Türkiyə, Rusiya,Ukrayna, Polşa, Nigeriya, Yəmən, Suriya vəMozambikdən olan 9 universitetin (Azərbaycan Diplomatiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universtiteti, Xəzər Universiteti) tələbələri özlərini sınayıb.   

 

Yarışmanın münsiflər heyətinin tərkibində Millət vəkili Şahin İsmayılov, Millət vəkili Kamran Bayramov, Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektorunun müdiri Vüsalə Niftəliyeva, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin böyük məsləhətçisi Müjdat Həsənov, Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai  və Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova təmsil olunurdular.

 

Olduqca maraqlı keçən final mərhələsində Bakı Dövlət Universitetinin Türkiyəli tələbəsi Ahmed Dereli ən yaxşı NATİQ nominasiyası üzrə təltif olundu.

 

Tədbirdə hökumət və dövlət rəsmiləri ilə yanaşı beynəlxalq xarici ölkə səfirləri, o cümlədən BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai, Hindistanın Azərbaycandakı Səfiri Sancay Rana, Yunanıstanın Azərbaycandakı Səfiri Dmitrious Tsounqas, Ukraynanın Azərbaycandakı  səfirliyinin birinci katibi Yankovski Yevgei və Polşa səfirliyinin 3-cü katibi Anna Vitak iştirak edirdi. 

Other news

12-01-2017
Academician Abel Maharramov elected "the Rector of the Year"

11-02-2016
Religious extremism and its consequences discussed at BSU

18-01-2017
Azerbaijani Universities met to discuss the possibilities of capacity building project within Erasmus+ framework

12-01-2017
BSU graduates presented dual diplomas of Baku State University and the University of Wurzburg (Germany)

10-02-2017
Korea University Scholarship

14-02-2017
AKDENIZ UNIVERSITY MEVLANA EXCHANGE PROGRAMME INCOMING STUDENT AND ACADEMIC STAFF APPLICATIONS FOR THE 2017/2018 ACADEMIC YEAR

12-04-2017
Korea World Festival

14-04-2017
12 aprel 2017-ci il tarixində Türkiyənin Abdullah Gül Universitetinin rektoru Prof.Dr. İhsan Sabuncuoğlu BDU-da oldu.

21-04-2017
2017 Quiz on Korea in Azerbaijan

12-04-2017
Students of Kazakhstan University have gone through the experience in BSU

12-04-2017
Representatives of the Belarusian State University visited Baku State University

14-04-2017
BSU rector receives international award

19-04-2017
2017 K-POP World Festival at Baku State University

07-03-2017
Japanese professor gives a lecture at the Nanoresearch Center of BSU

14-04-2017
Indonesian Ambassador gives a lecture at BSU

20-04-2017
Confucius Institute at BSU holds a Chinese Song Singing Competition

19-04-2017
Amerikalı Professor BDU-da mühazirə oxudu

12-05-2017
Erasmus+ programme to Cumhuriyet University

16-05-2017
New call for student mobility for the Fall semester of 2017-18 academic year Erasmus+ KA107 ICM to the Middle East Technical University is open!!!

24-05-2017
Lecture given by Visiting Scholar from China, Anhui University to the students of Faculty of Applied Mathematics and Cybernetics

18-05-2017
Visiting Scholar from China, Anhui University

23-05-2017
19-20 мая в Бакинском славянском университете прошла Международная конференция на тему: «Изучение русского языка и литературы в Азербайджане и актуальные проблемы обучения»

Baku State University Ⓒ 2017
Powered by CIT