DİQQƏT!!! QALMALI OLDUĞU YER ÜÇÜN QEYDİYYATLA BAĞLI MÜRACİƏT GƏLİŞDƏN 10 GÜN SONRA TƏQDİM EDİLMƏLİDİR
HÖRMƏTLİ NAMİZƏDLƏR, NƏZƏRİNİZƏ ÇATDIRIRIQ Kİ, BÜTÜN TƏLƏBƏ VƏ YA NAMİZƏDLƏR
(BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ TƏHSİL ALMAQ ÜÇÜN MÜRACİƏT EDƏN) TƏHSİL VİZASI İLƏ ÖLKƏYƏ GƏLMƏLİDİRLƏR,
ƏKS TƏQDİRDƏ ÇƏTİNLİKLƏRLƏ ÜZLƏŞƏ BİLƏRLƏR.
YAŞAMA İCAZƏSİ (GREEN KART)
Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər 10 gündən çox müddət ərzində ölkə ərazisində qaldıqda yaşama icazəsi üçün qeydiyyatdan keçməlidirlər. Bu məqsədlə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qalacağı yerin rəhbərliyi və ya yaşadığı yerin sahibi tərəfindən yaşama icazəsi üçün qeydiyyatla bağlı müraciət və əcnəbi şəxsin pasportunun surəti (sərhədi keçməklə bağlı digər sənəd) ölkəyə gəldikdən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi veb-saytı (www.migration.gov.az), e-mail (registration@migration.gov.az) vasitəsilə təqdim edilməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bilavasitə özləri qalmalı olduğu yer üzrə qeydiyyat üçün yuxarıda qeyd edilən qaydada müraciət edə bilərlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qaldığı yer üzrə qeydiyyat üçün dövlət rüsumu tələb olunmur.
Xarici tələbələr üçün Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzadılması) üçün tələb olunan sənədlər:
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə forması;
Pasportun surəti (pasportun etibarlılıq müddəti müvəqqəti yaşamaq icazəsinin bitmə tarixindən 6 ay çox olmalıdır);
Doğum haqqında şəhadətnamənin və ya ona bərabər olan digər sənədin notarial qaydada təsdiq edilmiş surəti;
Müvəqqəti yaşamaq icazəsi verən halların mövcudluğunu təsdiq edən notariallaşdırılmış və ya eyni qüvvəyə malik sənəd;
Şəxsin qeydiyyata düşəcəyi yaşayış ünvanının sənədi (əmlakın dövlət reyestrindən çıxarışı, yaşayış icazəsi, icarə və ya kirayə müqaviləsi, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
Əcnəbi tələbəni yaşayış yeri ilə təmin edən şəxsin ərizəsi (əcnəbinin yaşayış yerinə sahib olduğu hal istisna olmaqla);
Nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş forması;
Övladların doğum haqqında şəhadətnaməsi ( notariallaşdırılmış formada);
Əcnəbi tələbəni yaşayış yeri ilə təmin edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti. (əcnəbinin yaşayış yerinə sahib olduğu hal istisna olmaqla);
Azərbaycan Respublikası ərazisində qalmağa və ya müvəqqəti yaşama icazə verən sənədin surəti;
3x4 sm ölçülü dörd ədəd fotoşəkil;
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş təhlükəli yoluxucu xəstəliklər (İnsanda İmmunçatışmazlığı Virusu, Hepatit B və Hepatit C) siyahısına daxil edilmiş hər hansı bir xəstəliyin daşıyıcısı olmadığını təsdiq edən arayış.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə (uzadılmasına) dair müraciət etmək üçün tələb olunan sənədlər
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə forması;
Pasportun surəti pasportun etibarlılıq müddəti müvəqqəti yaşamaq icazəsinin bitmə tarixindən 3 ay çox olmalıdır);
Doğum haqqında şəhadətnamənin və ya ona bərabər digər sənədin notarial qaydada təsdiqlənmiş surəti;
Müvəqqəti yaşamaq icazəsi verən halların mövcudluğunu təsdiq edən notariallaşdırılmış və ya eyni qüvvəyə malik sənəd;
Şəxsin qeydiyyata düşəcəyi yaşayış ünvanının sənədi (əmlakın dövlət reyestrindən çıxarışı, yaşayış icazəsi, icarə və ya kirayə müqaviləsi, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
Əcnəbi tələbəni yaşayış yeri ilə təmin edən şəxsin ərizəsi (əcnəbinin yaşayış yerinə sahib olduğu hal istisna olmaqla);
Əcnəbi tələbəni yaşayış yeri ilə təmin edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti. (əcnəbinin yaşayış yerinə sahib olduğu hal istisna olmaqla);
Azərbaycan Respublikası ərazisində qalmağa və ya müvəqqəti yaşama icazə verən sənədin surəti;
Diplom. (Tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş surəti);
Nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş forması;
Nizamnamə və TIN (notarial qaydada təsdiqlənmiş);
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş təhlükəli yoluxucu xəstəliklər (İnsanda İmmunçatışmazlığı Virusu, Hepatit B və Hepatit C) siyahısına daxil edilmiş hər hansı bir xəstəliyin daşıyıcısı olmadığını təsdiq edən arayış;
3x4 sm ölçülü dörd ədəd fotoşəkil;
BDU-a qəbul olunduğuna dair əmr;
Dövlət haaqının ödənilməsini təsdiq edən qəbz.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə sənədi təqdim edildikdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əcnəbilər tərəfindən təqdim olunur.