Департамент Международных отношений Бакинского Государственного Университета

Hazırlıq kursu və təcrübə müddəti
 

1968-ci ildən Bakı Dövlət Universiteti xarici ölkələr üçün mütəxəssis hazırlayır və Beynəlxalq Tələbələrin Qəbulu Şöbəsi fəaliyyət göstərməkdədir. O dövrdə Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələrindən tələbələr BDU-nun müxtəlif fakültələrində təhsil almışlar. Bunun nəticəsində  Universitet məzunları öz ölkələrində uğurlu karyera qurmağa nail olmuşlar. Sovet dövründə Universitetin xarici məzunları təmsil etdikləri ölkədə yüksək mövqelər tutur və hökumət strukturlarında yüksək vəzifələr icra edirdilər. Yarandığı gündən Rus dili şöbəsi fəaliyyət göstərmişdir.
Sovet dövründə Rus dilinin akademik məktəbi yaradılmışdır. Rusiyanın qabaqcıl Dilçilik Universitetləri ilə əlaqə təhsildə mükəmməllik və innovasiyanın tədrisini təşviq etmişdir.
Bundan əlavə,  tələbələr müvafiq ədəbiyyat, dil tədrisinin nəzəriyyə, tərkibi, tədqiqat resursları haqqında savadlı danışmağın və tələffüz etməyin yollarını öyrənirlər. 
Azərbaycan dili bölməsinin əsas vəzifəsi zəruri ünsiyyət və aydın düşünmə, ictimai məlumatlandırma və intellektual inkişafa təkan verən kurslar təşkil etməkdir. Bölmə özünü ifadə, özünüidarə, yazılı və şifahi ünsiyyət, həyatın dəyişən reallıqlarına uyğunlaşma üçün əsasları təşkil edir. Tələbə və müəllim heyəti müxtəlif xidmət və elmi fəaliyyətlərlə inkişafa təkan verirlər.
 
Hazırlıq şöbəsinə qəbul  26 avqust - 20 sentyabr tarixləri arasında keçirilir.

 

Hazırlıq bölməsinə qəbul üçün xarici tələbələr tərəfindən təqdim ediləcək sənədlərin siyahısı:
1.    Orta təhsilin tamamlanması barədə sənədin notariat qaydasında təsdiqlənmiş surəti - orijinal surəti
2.    Pasportun notarial qaydada Azərbaycan dilinə tərcümə olunmuş surəti - 2 nüsxə
3.    3X4 ölçülü fotoşəkil - 8 şəkil tələb olunur
4.    Tibbi arayış
5.    AİDS-lə əlaqəli arayış
6.    Tərcümeyi-hal
7.    BDU rektoruna müraciət məktub
8.    ÖSYM sənədi (Türk tələbələr üçün)


Sənədlər təqdim edildikdən sonra tələbə Bakı Dövlət Universitetinin humanitar sahə üzrə hazırlıq bölməsinə qəbul olunacaq. Onların ixtisaslarına əsasən mütəmadi dil kursları və fənlər tədris olunacaq. Hazırlıq tədrisi dövründə xarici tələbələrdən bəzi imtahanlardan keçmək və sonda final imtahanında iştirak etmək tələb olunur. İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər hazırlıq kursunu bitirmək haqqında sertifikat alacaqlar və birinci kurs tələbəsi hesab olunacaqlar.

Fakültələr və təhsil haqları:
Müraciət edənlər üçün hazırlıq şöbəsi (bakalavr):
Təhsil müddəti: 1 il
Təhsil haqqı: 900 ABŞ dolları


Magistr və doktorantlar üçün dil hazırlıq kursları:
Təhsil dövrü dil bilikləri səviyyəsindən asılıdır
Tədris müddəti 1semestr (4-5 ay)
Təhsil haqqı: 900 ABŞ dolları

Təhsil müddəti: 1 akademik il (9 ay)
Təhsil haqqı: 900 ABŞ dolları

 

Baku State University Ⓒ 2017
Powered by CIT