Департамент Международных отношений Бакинского Государственного Университета

Müraciət forması

Bütün namizədlər Bakı Dövlət Universitetinin Qəbul Komissiyasına müraciət etməlidirlər.

www.indep.bsu.edu.az saytına müraciət edin

Qəbul Şöbəsi müraciətinizi və digər lazımi sənədləri aldıqdan sonra Şöbə əməkdaşları tərəfindən  Sizə qəbul edilmiş qərar haqqında məlumat veriləcəkdir.

 

Ümumi qəbul qaydaları

Aşağıda Bakı Dövlət Universitetinin hazırlıq şöbəsinə müraciət zamanı Sizin toplamalı olduğunuz sənədlərin siyahısı verilmişdir.

  1. Daha əvvəl bitirdiyiniz ali məktəb və Universitetlərin diplom və qiymət cədvəli

  2. Pasportun surəti

  3. Altı ədəd  3x4sm ölçüdə şəkil

  4. Ümumi sağlamlıq haqqında sənəd

  5. HIV / AİDS arayışı

  6. CV və ya tərcümeyi hal

  7. BDU rektoruna ünvanlanmış müraciət məktubu

  8. ÖSYM sənədi (yalnız Türk tələbələr üçün tələb olunur)

* Bütün sənədlər Azərbaycan dilinə tərcümə olunmalı və yerli notariat idarəsi tərəfindən təsdiq edilməlidir.

 

Bakı Dövlət Universitetinə qəbul üçün müsahibədə iştirak məqsədilə Sizə DƏVƏT MƏKTUBU göndəriləcəkdir.

P.S. Müsahibədən müsbət rəy ala bilmədikdə universitetə ​​qəbul edilməyəcəksiniz.

Veb sayt vasitəsilə bizimlə əlaqə saxlayın və ya  koordinatorlarla əlaqə yaratmaq üçün About Staff  klikləyin.

 

Müsahibələr

Qəbul prosesinin bir hissəsi olaraq, Universitet beynəlxalq müraciətçilərin orta məktəb biliklərinin, həmçinin  motivasiya, məqsəd və maraqlarının qiymətləndirilməsi üçün onlarla müsahibələr təşkil edəcəkdir. Tələbə namizədləri seçimlərini əsaslandırmalı, bilik,  bacarıq və motivasiyalarının yüksək akademik nəticələr qazanmağa və universitetin mədəni mühitinə inteqrasiya etməyə kömək edəcəklərini nümayiş etdirməlidirlər. Müsahibəçilər tələbələrə seçdikləri sahədə öz perspektivli inkişaflarını qiymətləndirmək üçün akademik gücləri, zəif cəhətləri (bunları həll etmək üçün əsas götürdükləri yollar) barədə də məlumat vermələrini xahiş edə bilərlər. Namizədlərə həmçinin akademik sahədə suallar verilə bilər. Namizədələrin təhsillərini başa vurduqdan sonra özlərini gördükləri mövqe, sahib olduqları bilik və bacarıqlarının öz ölkələrində müvafiq sahəyə necə kömək edəcəyi barədə sualına cavab vermələri çox vacibdir.

Baku State University Ⓒ 2017
Powered by CIT